İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib.

O, bu barədə mətbuat konfransında bildirib.

"Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi", - N.Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir.

"Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım", - o bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR