Onlayn ictimai-siyasi qəzet
“Xalqımızı “heyvan” və “eşşək” adlandıran, üstəlik onları “vurub öldürməyə” hazır olan və bunun əvəzində qohumlarına kompensasiya ödəməyi təklif edən alçaq, az əvvəl parlament tribunasında çıxış edərək bizi kiminsə ayaqqabısını yalamaqda ittiham etdi”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından deputat Arsen Toroşyanın “Facebook” hesabında əks olunub.
Torosyanın yerli müxalifətə “ürək sözləri” bununla da bitməyib.
“Siz, vətəni olmayan alçaqlar, dövlətimizə və xalqımıza qarşı terrorçu qrupunuzun törətdiyi cinayətlərə görə hələ uzun müddət bizim həbsxanalarımızın barmaqlıqlarını yalayacaqsınız, o qədər yalayacaqsınız ki, paslı dəmirin dadı əbədi olaraq ağzınızda qalacaq”, – deyə Toroşyan qeyd edib.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ