İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanın həyatı da, Ermənistan da təhlükədə" - Rauf Arifoğlundan sensasion açıqlamalar  

Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın hazırkı durumu ilə bağlı diqqətçəkən açıqlama verib.

TV Musavatın "Canlı Debat" layihəsində Arifoğlu bildirib ki, Paşinyan həm şəxsən özü, həm də təmsil etdiyi dövlət üçün çox təhlükəli bir mərhələdədir. O, qeyd edib ki, Rusiya sülh müqaviləsinin imzalanmasını əngəlləmək üçün bütün vasitələrə əl ata bilər:

“Kreml nümayişkəranə şəkildə bu prosesdən kənarlaşdırılıb və faktiki olaraq aşağılanıb. Ona görə də Moskva Paşinyanın fiziki varlığına da təhlükə törədə bilər.”

Arifoğlu əlavə edib ki, əgər Paşinyan öldürülərsə, bu təkcə bir erməninin ölümü ilə yekunlaşmayacaq:

“Bu, onunla birlikdə son illər ərzində qət etdiyimiz böyük yolun da sıfırlanması anlamına gələcək.”

Sonda o, mühüm mesaj verib:

“Ona görə də Paşinyanın öldürülməməsi üçün yalnız dua etməyimiz (edən varsa) yetərli deyil…”

Daha geniş məlumat üçün video material təqdim olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR