İnsanlara hürriyət, millətlərə istiqlal!

Poqosyandan köhnə nağıl: Azərbaycan hərbi həllə hazırlaşır 

Azərbaycanın ultimatumlara əsaslanması və yeni şərtlər irəli sürməsi göstərir ki, Bakı Ermənistanla sülh sazişi imzalamaq niyyətində deyil. Bu şərtlər sadəcə bəhanədir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia "APRI Ermənistan” Analitik Mərkəzinin baş elmi işçisi Beniamin Poqosyan tərəfindən səslənib.

Erməni ekspertin sözlərinə görə, Azərbaycan Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad etməyən yeni Konstitusiya qəbul etməsini və ATƏT-in Minsk Qrupunun buraxılmasını tələb etsə də, hətta bu tələblər yerinə yetirilsə belə, sülh sazişi imzalanacağına zəmanət verilmir.

Poqosyan əlavə edib ki, Bakı Ermənistan ərazisində “Qərbi Azərbaycan” adlı muxtariyyətin yaradılmasını və xarici silahlı qüvvələrin yerləşdirilməsini istəyə bilər. Digər tələb isə “Zəngəzur dəhlizi” vasitəsilə Ermənistan ərazisinin bir hissəsinin eksteryal nəzarətə verilməsi və Ermənistan–İran əlaqəsinin kəsilməsi ilə bağlıdır.

Ekspertin fikrincə, Azərbaycan hərbi həllə hazırlaşır, lakin hazırda gözləmə mövqeyindədir. Şərtlər dəyişərsə, Bakı hərbi varianta əl atacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR