İnsanlara hürriyət, millətlərə istiqlal!

Pul ucuzlaşır: Avrozonada faizlər aşağı salındı

Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirilən iclasında hər üç əsas faiz dərəcəsini 25 əsas bənd azaltmaq barədə qərar qəbul edib.

Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, hazırda Avropa İttifaqı ərazisində depozit dərəcəsi 2 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) dərəcəsi 2,15 faiz, marja kreditləşmə dərəcəsi isə 2,4 faiz təşkil edir.

Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb. ECB bildirir ki, faiz dərəcələrinin endirilməsi qərarı "inflyasiya proqnozu və baza inflyasiyanın dinamikasının yenilənmiş qiymətləndirilməsinə əsaslanır": "İnflyasiya (Avro bölgəsində - red.) hazırda orta müddətli hədəfimiz olan 2 faiz ətrafındadır".

Bankın yenilənmiş proqnozuna əsasən bu ilin yekununda Avrozonada inflyasiya 2 faiz, 2026-cı ildə isə 1,6 faiz təşkil edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR