Onlayn ictimai-siyasi qəzet
"Axios" nəşri Avropa, İsrail və ABŞ rəsmilərinə istinadən sensasion iddia irəli sürüb.
Musavat.com xəbər verir ki, məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və İran rəsmiləri ilə danışıqlar zamanı Tehranın uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini nəzərdə tutan yeni nüvə sazişinə razı olmasına çalışıb.
Nəşr yazır ki, bu mövqe Kreml tərəfindən daha əvvəl səsləndirilmiş rəsmi bəyanatlarla ziddiyyət təşkil edir. Çünki Moskva uzun illərdir İrana uranı zənginləşdirmək hüququnu tanıdığını bəyan edirdi.
"Axios"un mənbələrinin sözlərinə görə, Rusiya hətta özəl və rəsmi kanallarla İrana bildirib ki, belə bir razılaşma əldə olunarsa, Tehrandan yüksək zənginləşdirilmiş uranın çıxarılmasına hazırdır. Eyni zamanda Moskva İran üçün nüvə enerjisi məqsədilə 3,67%-ə qədər zənginləşdirilmiş uran, eləcə də Tehran reaktorunda elmi tədqiqat və izotop istehsalı üçün kiçik miqdarda uran təmin etməyi təklif edib.
Beləliklə, bu məlumatlar əgər təsdiqlənərsə, Rusiya və İran münasibətlərində tamamilə yeni mərhələnin başlandığını, Moskvanın da ABŞ və Avropa ilə birlikdə Tehranın nüvə proqramının sərt məhdudlaşdırılmasına maraqlı olduğunu göstərə bilər.
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ