İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Rusiya imperiyasını bərpa etməyi arzulayır — İDDİA

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bəyan edib ki, Vladimir Putinin əsas məqsədi Rusiya imperiyasını bərpa etməkdir.

Musavat.com xəbər verir ki, diplomatik xadim bu fikri Almaniyanın Der Tagesspiegel nəşrinə müsahibəsində səsləndirib. Makfol Putini ilk dəfə 1991-ci ildə Sankt-Peterburq meri Anatoli Sobçakın ofisində gördüyünü və onu “darıxdırıcı bürokrat” kimi xatırladığını bildirib.

Keçmiş səfir qeyd edib ki, Moskvada diplomatik fəaliyyəti dövründə Putinin kommunist deyil, məhz imperialist olduğunu dəqiqliklə anlayıb:

“O, əvvəllər Krımı işğal etmək niyyətini inkar edirdi, lakin sonra yarımadanı ilhaq etdi və Ukraynaya qarşı müharibəyə başladı. Bu, təkcə dönüş nöqtəsi deyil, həm də ona etibar etməyin mümkünsüzlüyünü sübut etdi.”

Makfolun sözlərinə görə, Putin Qərbi qorxutmaq taktikasına öyrəşib və əgər Rusiya Ukraynada dayandırılmazsa, bu, ABŞ-la birbaşa toqquşma riskini artıracaq.

Diplomat Rusiyanı “ən zəif supergüc” adlandırıb, lakin qeyd edib ki, Avropa ölkələri artıq Kremlin təhdidini real təhlükə kimi qəbul edir və buna görə də Ukraynaya fəal dəstək verir. O, həmçinin Vaşinqtonun Avropa ilə koordinasiyanı yetərincə gücləndirmədiyini tənqid edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR