Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin bir sıra mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Putin bildirib ki, Rusiya alimləri Avropa mütəxəssisləri ilə əməkdaşlığı davam etdirir və dünya elmi icmasını parçalamaq mümkün deyil. Elm, idman və incəsənət insanları birləşdirir.
Putin ABŞ-la münasibətlərin hazırda aşağı səviyyədə olduğunu, lakin Donald Trampın gəlişi ilə ümid işığının göründüyünü bildirib. O, suverenliyin Rusiya üçün əsas prioritet olduğunu vurğulayıb və Avropanın hazırda suverenliyini itirdiyini qeyd edib.
Dövlət başçısı həmçinin sərhəd bölgələrinin bərpası proqramı, yeni Kursk AES-2-nin inşası və “Rosatom”un fəaliyyətinin əhəmiyyəti barədə danışıb. Putin atom sənayesini Rusiyanın inkişafının əsaslarından biri adlandırıb və yeni texnologiyaların tətbiqi üçün imkanların genişləndirildiyini bildirib.
Arktika və Şimal Dəniz Yolunun strateji əhəmiyyətinə diqqət çəkən Putin, Rusiyanın atom buzqıranlarını və atom sualtı gəmilərini strateji üstünlük kimi qiymətləndirib. O, ABŞ-la Arktikada əməkdaşlıq imkanlarının müzakirə olunduğunu, eləcə də Rusiyanın yeni atom buzqıranlarına ehtiyacı olduğunu bildirib.
Putin eyni zamanda bildirib ki, Rusiya qarşıya çıxan bütün çağırışları aşacaq, siyasi təzyiq səbəbindən əlaqəni dayandıran ölkələr yenidən Moskva ilə əməkdaşlığa qayıdacaqlar.
Musavat.com
30 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ