İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampı CİDDİYƏ ALMADI, ŞOK MESAJ gəldi: avqustun 7-nə keçən gecə...

ABŞ prezidenti Donald Tramp son açıqlamalarında tez-tez Rusiyanın Ukrayna şəhərlərinə hücumlarından şikayətlənir. 

Bundan başqa, Tramp avqustun 8-dək Ukrayna müharibəsində atəşkəs elan etmədiyi təqdirdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyini bildirmiş, həmçinin Rusiya ilə iş aparan ölkələri cəzalandıracağını söz vermişdi. Bu arada iddia olunurdu ki, Rusiya lideri avqustun 7-nə keçən gecə, Vaşinqtonun təyin etdiyi vaxta az qalmış əks təkliflə çıxış etməyə hazırlaşır. 

Musavat.com-un xəbərinə görə, Reuters yazır ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın cümə gününə qədər verdiyi ultimatumun real nəticə doğuracağına inanmır və bu tələblərə əməl etməyə hazırlaşmır.

Kreml rəhbərliyi ABŞ-ın yeni sanksiyalarının ciddi təsir göstərəcəyinə şübhə ilə yanaşır. Rusiya tərəfi qarşıdakı aylarda — xüsusilə Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrində irəliləyiş əldə edəcəyinə əmindir. Rəsmi Moskvanın fikrincə, bu ərazilərdə nəzarəti bərqərar etdikdən sonra danışıqlara başlamaq üçün daha əlverişli mövqeyə sahib olacaqlar.

Bundan əlavə, Kreml Trampın xəbərdarlıqlarını qeyri-ciddi sayır. Rusiya rəsmiləri bildirirlər ki, Tramp daha əvvəl də bənzər bəyanatlar versə də, ardınca ya geri çəkilib, ya da mövqeyini dəyişib. Bu səbəbdən, hazırkı ultimatumun da reallaşacağına inam azdır.

Lakin bildirilir ki, Putin Ukrayna ilə “havada atəşkəs”i müzakirə edəcək, şəhərləri hədəf alan hava hücumlarını dayandırmaq üçün güzəştlər təklif edəcək.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedevin ABŞ prezidenti Trampla nüvə müharibəsi müzakirəsinə girməsinə cavab olaraq deyib:

“Biz ABŞ ilə nüvə silahı ilə bağlı müzakirələrə girmək istəmirik. Rusiyanın bu məsələdə mövqeyi aydındır. Nüvə müharibəsində qaliblər yoxdur. Medvedevin açıqlamalarına gəlincə, Rusiyada hər kəs fərqli fikirlər söyləyə və ifadə edə bilər. Bununla belə, nüvə silahı kimi çox həssas məsələlərdə qərar qəbul edən şəxs Rusiya prezidenti Vladimir Putindir. ABŞ sualtı cavabında son dərəcə diqqətli olmalıdır. Biz prezident Trampın sözlərini diqqətlə nəzərə alırıq”.

Onu da qeyd edək ki, Rusiyada Dmitri Medvedevdən başqa, 2022-ci ilin sonundan etibarən dövlətin nəzarətində olan televiziya kanallarında yayımlanan axşam proqramları Vaşinqton, London, Paris və Berlinin Rusiyanın nüvə silahları ilə xəritədən silinməsini təbliğ edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR