İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin-Zelenski görüşü mümkündür” – Kreml konkret razılaşmaları gözləyir  


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Volodimir Zelenski arasında görüş nəzərdən keçirilə bilər, lakin bu, yalnız Moskva və Kiyev arasında konkret razılaşmalar əldə olunduqdan sonra baş tuta bilər.

Musavat.com xəbər verir ki, bu barədə Peskov "RİA Novosti"-yə açıqlama verib.

Peskov əlavə edib ki, Rusiya və Ukrayna arasında hazırlanmaqda olan memorandum layihələri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq və bu sənədlər yeni danışıqlar raunduna yol aça bilər. O, Rusiya tərəfindən hazırlanan sənədin artıq yekun mərhələdə olduğunu vurğulayıb.

Kreml rəsmisi qeyd edib ki, bu sənədlərin mətbuatda paylaşılması planlaşdırılmır və danışıqlar yalnız rəsmi kanallar vasitəsilə aparılacaq. Hazırda tərəflər atəşkəslə bağlı şərtlərin ətraflı müzakirəsi üçün sənəd üzərində işləyirlər.

Peskov həmçinin əsir mübadiləsi məsələsinə də toxunaraq bildirib ki, son “1000-ə 1000” formatında aparılan dəyişmə prosesində hərbi və mülki şəxslərin nisbəti “özlüyündə çox şey deyir”.

Görüşün harada keçiriləcəyi ilə bağlı isə hələlik qərar qəbul olunmayıb. Kreml görüşün hər iki tərəf üçün “uyğun və neytral məkanda” təşkil olunmasını vacib hesab edir.

Peskov Zelenskinin Avropa İttifaqı ilə uzaqmənzilli silahlarla bağlı mümkün razılaşma barədə açıqlamasını da şərh edərək bildirib ki, bu, Rusiya tərəfinin münaqişənin səbəblərini aradan qaldırmaq yönündə apardığı siyasətin əsaslılığını təsdiqləyir.

Sonda o qeyd edib ki, ABŞ-ın Ukrayna məsələsində göstərdiyi səyləri Moskva qiymətləndirir və Vaşinqtonun vasitəçiliyini müsbət dəyərləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR