İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin qızı Parisdə yaşayır və müharibə əleyhinə qalereyada işləyir

Rusiya prezidenti Vladimir Putinin qızı Yelizaveta Krivonoqix Parisə köçüb və müharibə əleyhinə sənət əsərlərinin nümayiş olunduğu qalereyada işə düzəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Facebook-da Fransada yaşayan yazıçı Nastya Rodionova məlumat verib. Onun sözlərinə görə, Vladimir Putin və "Bank Rossiya"nın səhmdarı Svetlana Krivonoqixin qızı Yelizaveta Parisdə "L Galerie"-də işləyir. Qalereyada müharibəyə qarşı çıxan rus və ukraynalı rəssamların əsərləri təqdim olunur.

"L Galerie" və "Studio Albatros"u birləşdirən "LʼAssociation" assosiasiyasının direktoru Dmitri Dolinski “Meduza”ya Svetlana Krivonoqixin qızının qalereyada işlədiyini təsdiqləyib. O bildirib ki, bunu etik baxımdan mübahisəli qərar hesab etmir.

Onun sözlərinə görə, Yelizaveta bir neçə ildir ki, Rusiyada yaşamır və heç bir rəssamın onun Rusiya dövlətinin siyasətinə və ya müharibəyə dəstək verməsindən şübhələnməyə əsası yoxdur.

“O, anası ilə yaşayıb və atası ilə əlaqəsi yoxdur”, - Dolinski izah edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR