İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” iki legionerdən razılıq aldı

Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" danışıqlar apardığı legionerlərdən ikisi ilə razılıq əldə edib.

Bu barədə klubdan sportinfo.az-a bildirilib.

Xəbərə görə, transfer bazarında müəyyən irəliləyiş qeydə alınıb.

Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi əcnəbilərlə şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gəlinib. Baş məşqçinin bəyəndiyi oyunçular gəncdir və Avropada çıxış edir.

Adları açıqlanmasa da, qeyd olunub ki, "köhlən atlar" həmin futbolçuların klubları ilə dəyirmi masa arxasına keçib. Çünki ikisinin də müqaviləsi var və təzminat müzakirə mövzusudur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR