İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" zəfər qazandı, türkiyəli futbol şərhçiləri coşdu

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində tarixi qələbə qazanan “Qarabağ” Türkiyədə böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, qardaş ölkənin tanınmış futbol şərhçiləri Azərbaycan təmsilçisinin səfərdəki 3:2 hesablı qələbəsini böyük coşqu ilə təbrik ediblər.

Şərhçilər “Qarabağ”ın Portuqaliya nəhənginə qarşı möhtəşəm geri dönüş edərək qazandığı bu nailiyyəti Azərbaycan futbolu üçün tarixi an adlandırıblar və baş məşqçi Qurban Qurbanovun taktiki hazırlığını xüsusi vurğulayıblar.

Türkiyə idman mediasında “Qarabağ”ın uğuru “Türk futbol ailəsinin qüruru” kimi təqdim olunub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR