İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan gedən ermənilərin Paşinyandan nə istədikləri bəlli oldu

Bu gün Qarabağdan gedən ermənilərlə Ermənistan hökumətinin rəsmiləri arasında keçirilən görüş nəticə verməyib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə özünü Qarabağ ermənilərinin nümayəndəsi kimi təqdim edən Geqam Stepanyan danışıb.

Onun sözlərinə görə, görüş planlaşdırılandan daha uzun çəkib, lakin əsas məsələ – yaşayış üçün kirayə haqqının kompensasiya proqramının bərpası ilə bağlı razılıq əldə olunmayıb.

Görüşdə Ermənistan baş nazirinin müavini Tiqran Sarkisyanın ofisinin rəhbəri Armen Adilxanyan, Əmək və Sosial Məsələlər nazirinin müavini D. Xaçatryan və baş nazir müavininin müşaviri Anna Qasparyan iştirak ediblər.

Stepanyanın sözlərinə görə, hökumət kirayə kompensasiyası proqramının bərpası ilə bağlı konkret öhdəlik götürməyib.

O, görüşü “sadəcə müzakirə naminə müzakirə” adlandırıb və nəticələrdən məyusluğunu ifadə edib:

“Hakimiyyət nümayəndələri guya proqramların təkmilləşdirilməsinə açıq olduqlarını deyirlər, amma mənim təcrübəmə əsasən, bu, sadəcə mənasız bəyanatlardır”.

Ombudsman əlavə edib ki, sanki hökumət “paralel reallıqda” yaşayır və insanların ağır vəziyyətdə olduğunu görmür:

Hazırda hökumət tərəfindən yardım proqramının bərpası ilə bağlı konkret vaxt və ya mexanizm təqdim olunmayıb. Qarabağdan gedən ermənilər isə isə kirayə haqları üçün “40+10 min dram” yardım proqramının dərhal bərpa edilməsini tələb edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR