İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı bülletenlə axtarılan 7 nəfər ölkəyə gətirildi – Nazirdən xüsusi AÇIQLAMA

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki paylaşımında qırmızı bültenlə axtarılan 7 nəfərin yaxalanaraq ölkəyə gətirildiyini bildirib.

Musavat.com xəbər verir ki, nazir bəyan edib:

“Hər zaman dediyimiz kimi, bizdən qaça bilməyəcəklər. Bu kabinet dönəmimizdə indiyədək 360 nəfər cinayətkarın ölkəmizə ekstradisiyasını təmin etmişik”.

YERLİKAYA.jpg (109 KB)

Yerlikayanın verdiyi məlumata görə, qırmızı bültenlə beynəlxalq səviyyədə axtarılan 4 nəfər, difüzyon mesajı ilə axtarılan 1 nəfər və milli səviyyədə axtarılan 2 nəfər tutulub.

Onların adları aşağıdakı kimidir:

S.A. – “Bilişim sistemləri, bank və ya kredit qurumlarının vasitə kimi istifadə olunması ilə dələduzluq” ittihamı ilə qırmızı bültenlə axtarılırdı, Şimali Makedoniyada yaxalanıb.

G.K. – “Narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi” cinayətinə görə Almaniyada saxlanılıb.

M.Ş. – “Cinayət təşkilatına üzv olmaq və bu təşkilat çərçivəsində narkotik maddələrin ticarəti və ixracı” ilə ittiham olunurdu, Niderlandda tutulub.

A.S.A. – Eyni ittihamla Fransada ələ keçirilib.

E.B. – “Qəsdən adam öldürmə” ittihamı ilə qırmızı difüzyon mesajı əsasında Rusiyada saxlanılıb.

M.T. – “Bilişim yolu ilə dələduzluq, təhqir, hədələmə, azyaşlıya cinsi təcavüz və azadlıqdan məhrum etmə” cinayətlərinə görə milli səviyyədə axtarılırdı, Gürcüstanda yaxalanıb.

K.Ç. – “Xüsusi amillərlə qəsdən adam öldürmə” cinayətinə görə milli axtarışda idi, o da Gürcüstanda ələ keçirilib.

Əli Yerlikaya bildirib ki, bu uğurlu əməliyyatların həyata keçirilməsində əməyi olan hər kəsi təbrik edir və əlavə edib:

“Hansı bültenlə axtarılırsa axtarılsın, hansı ölkəyə qaçıb gizlənibsə gizlənsin – təşkilatlanmış cinayət qruplarının üzvlərini, narkotik tacirlərini bir-bir tutub ölkəmizə gətirəcəyik. Türk polisindən qaça bilməyəcəklər”.

Mənbə: “Anadolu” agentliyi 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyun 2025

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR