İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid" yeni müdafiəçi alır: Məşhur futbolçu Madridə gəldi

"Bayer Leverkuzen"in və Ekvador millisinin müdafiəçisi Pyero İnkapye İspaniya paytaxtı Madridin hava limanında görüntülənib.

Müdafiəçi "Real Madrid" klubuna keçməyə yaxındır.

Klub daha öncə Din Huyseni transfer etdikdən sonra mərkəz müdafiəçisi mövqeyində rəqabəti artırmaq üçün daha bir futbolçu almaq niyyətindədir.

Bildirilir ki, İnkapiye Xabi Alonsonun sistemində mühüm rol oynayır və məhz ispan mütəxəssis onun transferində israr edib.

23 yaşl futbolçu 2021-ci ildən bəri "Bayer" klubunun formasını geyinir. Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 45 oyuna çıxıb, bu müddətdə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun "aspirinlilər"lə qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun sərbəstqalma məbləği 60 milyon avrodur. "Transfermarkt" portalının məlumatına görə isə onun bazar dəyəri 50 milyon avro təşkil edir.//Offsideplus.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR