İnsanlara hürriyət, millətlərə istiqlal!

Rozanın konsertləri ləğv olundu

Müğənni Roza Zərgərlinin Nalçik və Maxaçqala şəhərlərində planlaşdırılan konsertləri ləğv olunub.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında açıqlama verib. Roza bildirib ki, texniki və təşkilati səbəblərə görə konsertlərin keçirilməsi mümkün olmayıb.

Müğənni qeyd edib ki, ləğv olunan tədbirlərlə bağlı izləyicilərindən anlayışlı olmalarını rica edir.

“Əzizlərim, Nalçik və Maxaçqaladakı konsertlərimin baş tutmayacağını üzülərək bildirirəm. Bu, mənim istəyimdən asılı olmayan səbəblərlə bağlıdır. Yeni tarixlər təyin olunan kimi sizinlə paylaşacağam. Bilet almış hər kəs narahat olmasın – ya yeni tarixdə həmin biletlərlə tədbirə qatıla, ya da geri qaytarma prosedurlarından istifadə edə bilərsiz,” – deyə müğənni paylaşımında bildirib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR