Onlayn ictimai-siyasi qəzet
Ukraynada rus aktyor, milis polkovnik-leytenantı Boris Polovinkin öldürülüb.
Musavat.com xəbər verir ki, o, "Uçastkovı Detektiv" serialında özəl detektiv Andrey Savelev obrazı ilə tanınırdı.
Rus KİV-lərinin məlumatına görə, Polovinkin bu ilin aprelindən itkin düşmüş hesab olunurdu. Sonradan müəyyən edilib ki, o, Donetsk vilayətinin Kurdumovka qəsəbəsi yaxınlığında məhv edilib.
1990-cı illərdə milisdə xidmət edən Polovinkin Çeçenistan müharibəsində iştirak edib və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 2025-ci ilin yazında o, yenidən müharibəyə, bu dəfə Ukraynaya yollanıb. Ukrayna dronu onun gizləndiyi sığınacağı vurub və nəticədə Polovinkin dörd digər hərbçi ilə birgə məhv edilib.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ