İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya DƏHŞƏTLİ HÜCUMA hazırlaşır: Texnikalar YERİDİLİR

Ruslar Donetskdən Zaporoje vilayətinə kütləvi şəkildə tanklar və canlı qüvvəni keçirirlər.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilir ki, bu, genişmiqyaslı hücumun hazırlığı ola bilər.

Mariupol şəhərinin meri Pyotr Andryuşenkonun sözlərinə görə, Mariupol-Volnovaxa-Donetsk marşrutu üzrə texnika hərəkəti qeydə alınıb.

Tanklar və özüyeriyən silahlar Rodov və Rozovkaya doğru, ehtimal olunan hücum istiqamətində irəliləyir. Mariupolda isə Rus Qvardiyasının mövcudluğu artıb və arxa cəbhədə nəzarət gücləndirilir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski isə qeyd edib ki, Zaporoje istiqamətində Rusiya qəfil fəallaşıb.

Ekspertlər genişmiqyaslı hücum cəhdini, bəlkə də diqqəti yayındırmaq üçün manevr kimi qiymətləndirirlər.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR