Onlayn ictimai-siyasi qəzet
Rusiya tərəfinin Ukraynanın ölən əsgər və əsirlərin cəsədlərini dəyişdirməməsi ilə bağlı açıqlamaları reallığa və ilkin razılaşmalara uyğun gəlmir.
Musavat.com Unian-a istinadən xəbər verir ki, bu bəyanatla Ukrayna Hərbi Əsirlərlə İş üztə Koordinasiya Qərargahı çıxış edib.
İdarə xatırladıb ki, son bir həftə ərzində hər iki tərəfdən qruplar iki istiqamətdə - həlak olan hərbçilərin cəsədlərinin repatriasiyası və əsirlərin dəyişdirilməsi istiqamətində iş aparıb: “Ukrayna əsirlərin mübadiləsi ilə bağlı İstanbulda danışıqlar zamanı razılaşdırılmış dəqiq müəyyən edilmiş kateqoriyalara uyğun olaraq formalaşdırılmış siyahıları mübadilə üçün təqdim edib: ağır yaralılar, ağır xəstələr, “həmçinin hamı üçün” düsturuna əsasən, gənc hərbçilər”.
Bəyanatda qeyd edilir ki, “Rusiya tərəfi razılaşdırılmış yanaşmaya uyğun gəlməyən digər siyahılar təqdim edib”. Ukrayna müvafiq şərhlər verib və bəyanatda deyilir ki, növbəti addım Rusiya tərəfdən gözlənilir.
Qərargah məlumat verib ki, tarix razılaşdırılmasa da, həqiqətən də cəsədlərin repatriasiyası ilə bağlı razılıq əldə olunub: “Rusiya tərəfi razılaşdırılmış alqoritmi ardıcıl şəkildə həyata keçirmək əvəzinə, birgə proses çərçivəsində razılaşdırılmamış birtərəfli hərəkətlərə əl atıb”.
Bildirilir ki, Ukrayna konstruktiv dialoq əvəzinə yenidən “manipulyasiya və həssas humanitar məsələlərdən informasiya məqsədləri üçün istifadə cəhdləri” ilə üzləşib: "Biz real nəticədə - əsirlərimizin və ölənlərin cəsədlərinin qaytarılmasında maraqlıyıq və razılaşdırılmış çərçivədə bunun üçün daha da işləməyə hazırıq. Biz Rusiya tərəfini çirkin oyunları dayandırmağa və insanları hər iki tərəfə qaytarmaq üçün konstruktiv işə qayıtmağa və yaxın günlərdə razılaşmanı ciddi şəkildə yerinə yetirməyə çağırırıq".
Qeyd edək ki, bu gün Rusiya danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin 1212 Ukrayna əsgərinin cəsədinin olduğu kolonun mübadilə zonasına gəldiyini elan edib: "Yaxın vaxtlarda hər biri 1200 cəsəd daşıyan daha üç qatar və 1200 cəsədin olduğu bir avtomobil karvanı göndərilməyə hazırlanır. Ümumi say 6000 nəfərdən çox olacaq".
Rusiya danışıqlar missiyasının rəhbəri Vladimir Medinski isə iddai edib ki, Ukrayna gözlənilmədən həm ölənlərin cəsədlərinin qəbulu prosedurunu, həm də hərbi əsirlərin mübadiləsini təxirə salmaq qərarına gəlib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski cəsədlərlə bağlı prosedurun dəqiqləşmələr əsasında həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bundan əvvəl Rusiya cəsəd mübadiləsi zamanı öz tərəfindən döyüşənlərin cəsədlərini də Ukraynaya göndərib. Buna görə də bu dəfə Ukrayna cəsədlərin kimliyini dəqiqləşdirib qəbul etmək niyyətindədir. Rusiya isə bütün cəsədləri eyni vaxtda təhvil verməklə Ukraynaya tanınma üçün vaxt verməməyə cəhd edir.
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ