İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə NATO arasında yeni gərginlik: Bu ölkəyə hücum edilə bilər

Vladimir Putin Rusiyanı imperiya statusuna qaytarmaq üçün bu yollara əl atmağı planlaşdırır

Bu barədə "The Economist" nəşri məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putinin çıxışları yalnız Ukraynanın deyil, həm də Finlandiyanın, Latviya, Litva və Estoniya kimi Baltikyanı ölkələrinin suverenliyini sual altına alır.

Nəşr, kəşfiyyat mənbələrinə istinadən bildirir ki, Rusiya hələ NATO ilə genişmiqyaslı müharibəyə hazır deyil, lakin 6 ay ərzində Baltikyanı ölkələrdən birinə, daha sonra isə 2 il ərzində bir neçə ölkəyə qarşı məhdud müharibə aparmağa hazırlaşa bilər.

ABŞ kəşfiyyatına görə, Ukraynada ciddi itkilər verən Rusiyanın ordusunu yenidən qurmaq üçün 10 ilə ehtiyacı var. Norveçin kəşfiyyatına görə bu müddət 5-10 il, Ukraynanın təhlillərinə əsasən isə 5-7 ildir. Almaniya kəşfiyyatının proqnozları isə 5-8 il arasında dəyişir./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR