Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Pokrovsk şəhərinin şimal-qərb, şimal-şərq və şimal istiqamətlərində ən irəlidəki mövqelərə çatıb.
Musavat.com bildirir ki, bu barədə alman "BILD" nəşrinin hərbi müşahidəçisi Yulian Repke məlumat verib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri hazırda əsasən müdafiə mövqelərindədir və şəhər ətrafında aktiv əks-hücum hərəkətləri müşahidə olunmur.
“Niyə Pokrovsk və ətraf bölgədə geolokasiya materialları Ukraynanın uğurlu əks-hücuma keçdiyini göstərmir? Belə bir əməliyyat yoxdur. Binanın üzərinə bayraq sancmaq – həmin bina heç vaxt Rusiya nəzarətində olmayıbsa – əks-hücum sayılmır,”
— Repke yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə daha əvvəl bölgədə “düşmənin manevrlərinin bloklanması üzrə tədbirlərin görüldüyünü” açıqlamışdı.
Pokrovsk cəbhəsi hazırda Donbasdakı ən gərgin döyüş istiqamətlərindən biri hesab olunur.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ