Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Sumı vilayətinin Şostka şəhəri Rusiya ordusu tərəfindən bir neçə raket zərbəsinə məruz qalıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Şostkanın meri Nikolay Noqanın sözlərinə görə, Svesskiy psixonevroloji dispanser hücuma məruz qalıb və xəstəxananın bir korpusu tamamilə dağılıb.
Bundan əlavə, 11 çoxmənzilli bina və 10-dan çox fərdi yaşayış evi zərər görüb. Hücum zamanı 14 yaşlı bir qız yaralanıb – o, sığınacağa qaçarkən pəncərə şüşələrinin qırıntıları ilə xəsarət alıb.
Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Xarkov vilayətinin Kupyansk rayonuna bağlı Prikolotnoye kəndində bir neçə fərdi ev dağılıb, iki ev və dörd yardımçı tikili yanaraq məhv olub. Hücum nəticəsində 68 yaşlı bir qadın xəsarət alıb.
Musavat.com
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ