Onlayn ictimai-siyasi qəzet
"Rusiya Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları və ondan irəli gələn öhdəlikləri sabotaj etmək üçün müxtəlif vasitələrə əl ata bilər. Rusiyanın mövcud informasiya və analitik məkanının təhlili, göstərir ki, Kreml bu istiqamətdə artıq müəyyən təlimatlar verib".
Musavat.com bildirir ki, bu barədə politoloq Aqşin Kərimov deyib.
Politoloqun fikrincə, Moskva Vaşinqton razılaşmalarını üstələyəcək alternativ təkliflər paketi hazırlamağa çalışacaq:
"Kremldən gələn açıqlamalar və bunun mediada əks-sədası belə düşünməyə əsas verir ki, Rusiya hazırkı sülh planından razı deyil. Ehtimal olunur ki, Moskva Vaşinqton razılaşmalarını üstələyəcək alternativ təkliflər paketi hazırlamağa çalışacaq, lakin bunu necə həyata keçirə biləcəyi sual altındadır. Çünki Rusiyanın "sülh" planının özü şübhəlidir.
Ona görə də Rusiya Azərbaycana qarşı təzyiq vasitələrini işə sala, Rusiyadakı vətəndaşlarımıza və soydaşlarımıza qarşı müəyyən tədbirlər həyata keçirə bilər.
Digər tərəfdən, yaxın günlərdə - 15 avqustda Alyaskada Donald Tramp və Vladimir Putin arasında görüş planlaşdırılır. Bu görüşün nəticələri Cənubi Qafqaz, postsovet məkanı və Yaxın Şərq üzrə mümkün bölgülərə təsir göstərə, həmçinin Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibətini formalaşdıra bilər".
Aqşin Kərimov qeyd edir ki, əgər Tramp–Putin razılaşması baş tutmasa, Rusiya Cənubi Qafqazda daha aqressiv siyasət yürüdə bilər:
"Bu ssenaridə Rusiyanın əsas diqqət yönləndirəcəyi ölkə Ermənistan olacaq. Bu yolla Rusiya Ermənistanı təsir dairəsində saxlamağa və onu Azərbaycana qarşı təxribatlara hazırlamağa cəhd edə bilər.
Lakin Ukraynadakı müharibə kampaniyası səbəbindən Rusiyanın geosiyasi gücü əvvəlki səviyyədə deyil və mövqelərində geriləmə müşahidə olunur.
Məhz bu səbəbdən Rusiyanın hansı alternativ addımlar ata biləcəyi diqqət mərkəzində olmalıdır".
Xalidə Gəray
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ