İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada İLGİNC hadisə: tibb bacısı kompensasiya almaq üçün...

Bəzi döyüşçülər cəbhədə həlak olur, digərləri isə bunun üzərindən sözün əsl mənasında biznes qurur.

Musavat.com “Beri shinel” kanalına istinadən xəbər verir ki, Rusiyanın hərbi hospitallarından birində tibb bacısı “xüsusi hərbi əməliyyatı”nda (rusların Ukraynadakı işğalçı müharibəyə qoyduqları ad - red.) ağır yaralanmış beş əsgərlə sevgi naminə yox, ölən kimi alacağı kompensasiyaya görə nikaha girib.

“Daily Storm” nəşrinin hərbi müxbiri Roman Alyoxinin sözlərinə görə, qadını ümidini kəsilmiş döyüşçülərlə formal evlilik bağlayır, onlar vəfat etdikdən sonra isə dövlətin ayırdığı birdəfəlik ödənişləri alıb.

“Bu fakt üzə çıxanda onu hospitaldan uzaqlaşdırdılar. Təxminən beş döyüşçü bu yolla onunla evlənib və qadın onların hər birinin ölümündən sonra kompensasiya götürüb”, - deyə Alyoxin bildirib.

Müxbir əlavə edib ki, ağır yaralıların psixoloji müdafiə baryerləri demək olar ki, qalxmır:

““Qara dul qadınlar” da məhz bundan istifadə edərək asanlıqla manipulyasiya edirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR