İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana ZƏRBƏ! Zatulini və Şoyqunu ORTAYA ATDILAR, ŞOK PLAN hazırlandı

Rusiya Dövlət Dumasının deputatı bildirib ki, Azərbaycanın NATO standartlarına keçidi çoxdan müəyyənləşdirilib. Bakupost.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulın Azərbaycanın hərbi sahədə NATO standartlarına keçmək qərarını şərh edib.

Deputat açıqlamasında bu addımın gözlənilməz olmadığını bildirib. Onun sözlərinə görə, Bakı ilə Alyans arasındakı əməkdaşlıq artıq uzun müddətdir Türkiyə vasitəsilə həyata keçirilir.

“Faktiki olaraq Azərbaycanın Türkiyə ilə ortaq ordusu və birgə komandanlığı, həmçinin hərbi-siyasi ittifaqı mövcuddur. Buna görə də Azərbaycanın NATO standartlarına keçməsi barədə bəyanata təəccüblənməyə əsas yoxdur”, – deyə Zatulın vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan artıq uzun müddətdir Rusiyadan asılı olmayan müdafiə və siyasi xətt yürüdür, Prezident İlham Əliyevin son bəyanatı isə illərdir praktikada mövcud olan vəziyyəti sadəcə rəsmi şəkildə təsdiqləyib.

Cənubi Qafqazda "3+3" formatında işi bərpa etmək lazımdır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu Rusiya Milli Mərkəzində keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə regionda nəqliyyat əlaqələrinin açılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, ümumilikdə Cənubi Qafqazdakı vəziyyətdə yaxşılaşma tendensiyasının olduğunu söyləyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR