İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlının “Ömür kitabı” ingilis dilində Avropada təqdim edildi

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan xalq şairi Sabir Rüstəmxanlının ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış “Ömür kitabı” adlı əsəri ingilis dilində Qərbi Balkan və Avropa oxucularına təqdim edilib.

Musavat.com xəbər verir ki, əsər paytaxt Sarayevonun çoxprofilli şirkətlərindən birinin - “Yavori Group”un tərkibinə daxıl olan “Bookline” nəşriyyatında çapdan çıxıb.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba yazdığı kiçik müqəddimədə şair, nasir, publisit, tənqidçi və görkəmli ictimai xadim kimi şöhrət qazanmış Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərə müraciət olunmasını onun xalqımızın qədim tarixini, özünəməxsus mədəniyyətini, humanist mənəvi dəyərlərini, keçdiyi mübarizə və qəhrəmanlıq yolunu bədii-publisist dillə, tarixi qaynaqlar və şəxsi müşahidələr əsasında parlaq şəkildə əks etdirməsi ilə əlaqələndirib.

Səfirliyin indiyə qədər işıq üzü görən digər nəşrləri kimi xalq şairi Sabir Rüstəmxanlının kitabı da kitabxanalara, ali məktəblərə, elm mərkəzlərinə, Sarayevoda akkreditə olunan diplomatik korpus nümayəndələrinə hədiyyə ediləcək, habelə Avropa ölkələrinin mühüm kitabxanalarına göndəriləcək.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR