Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı OPEC+ üzvlərinin qarşıdakı aylarda neft hasilatını daha sürətlə artırmasını istəyir.
Musavat.com xəbər verir ki, bunu Bloomberg Krallıqdakı mənbələrinə istinadən yazıb. Bildirilir ki, bu istəyin arxasında Səudiyyənin itirdiyi bazar payını geri qaytarması istəyi dayanır.
Mənbələr bildiriblər ki, Krallıq avqustda, ola bilsin ki, avqus və sentyabrda da kvotaların sutkada 411 min barel artırılmasının tərəfdarıdır.
Mənbələrdən biri bildirib ki, Səudiyyə Ərəbistanı Şimal yarımkürəsində neftə olan tələbatın pik həddə çatmasından yararlanmaq üçün məhdudiyyətləri daha tez yumşaltmaq niyyətindədir.
Agentliyin yazdığına görə, Rusiya, Əlcəzair və Omandan ibarət qrup bazara təsirin öyrənilməsi üçün hasilatın artırılması sürətinin yavaşladılmasını təklif ediblər, laki Səudiyyə Ərəbistanı razılaşmayıb.
Artırma başlayanda nümayəndələr qeyd edirdilər ki, Səudiyyə Ərəbistanı qiymətlərə təzyiq edərək hasilatı kifayət qədər azaltmayan ölkələri cəzalandırmaq istəyir. Onlar bildiriblər ki, indi dünya uzun müddət ucuz neftlə üzləşdiyi üçün itirilmiş bazar payını bərpa etmək Ər-Riyadın əsas motivasiyasına çevrilib.
Qeyd edək ki, may ayında Rusiya neftinin orta ixrac qiyməti 52 dollara bərabər olub. Neft gəlirlərinin kəskin azalması fonunda neftin 60 dollarlıq qiyməti ilə hesablanmış Rusiya büdcəsində dəyişiklik qərarına gəlinib. Sanksiyalar altında olan Rusiya üçün ixracı artırmaq problem yaradır. Buna görə də Rusiya hasilatı və ixracı azaltmaqla qiymətləri qaldırmaq istəyir.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ