İnsanlara hürriyət, millətlərə istiqlal!

“SFB tikinti servis” şirkəti 4500 dollar cərimə edilib

“SFB tikinti servis” MMC cərimələnib. Buna səbəb Çindəki şirkətlərdən birinin hesabına köçürülün vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, pulu da geri qaytarmayıb.

Musavat.com xəbər verir ki, MMC ölkədən xaricə 22 min 600 dollar məbləğində pul pul köçürüb. 2 il keçsə də, həmin məbləğə alınan malları ölkəyə idxal etməyib.

Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması: Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib.

Bu xətanı törədən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin qərarı ilə MMC 22 min 600 dolların 20% məbləğində, yəni 4520 dollar cərimə edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR