Onlayn ictimai-siyasi qəzet
Çin lideri Si Cinpin və Cənubi Koreya prezidenti Li Cje Myon arasında 11 ildən sonra baş tutan tarixi görüş maraqlı anla yadda qalıb.
Si Cinpin Li Cje Myona və həyat yoldaşına Çin istehsalı Xiaomi flaqman smartfonları hədiyyə edib. Maraqlıdır ki, cihazların ekranları Koreya istehsalıdır.
Musavat.com xəbər verir ki, Prezident Li zarafatla soruşub:
“Bəs əlaqənin təhlükəsizliyi necə olacaq?”
Si Cinpin isə gülümsəyərək cavab verib:
“Buyurun, yoxlayın – orada ‘qara qapı’ varsa, taparsınız.”
Bu replikaya zalda gülüşlə reaksiya verilib — görüş Asiya diplomatiyasına yumorla qarışmış isti atmosfer gətirib.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ