İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi partiyalar yenidən Zəngilan və Cəbrayıla gedir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iyunun 3-də növbəti dəfə Zəngilan və Cəbrayıla səfər ediblər.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində iştirakçıların Zəngilan və Cəbrayılda aparılan bərpa-quruculuq işləri ilə tanış olmaları, həmçinin Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həyata keçirdiyi minatəmizləmə prosesini izləmələri nəzərdə tutulur.

Qeyd edək ki, bu səfər sayca yeddincidir.

Siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Əsgəran, Xocalı, Xankəndi, Laçına təşkil olunub.

Partiya rəhbərləri və politoloqların ilk birgə səfəri 2021-ci ilin 17 mart tarixində Ağdam şəhərinə, ikinci birgə səfəri həmin ilin 7 oktyabr tarixində Şuşa şəhərinə olub. Ölkə siyasiləri növbəti dəfə 2022-ci ilin 15 iyun tarixində Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. 2022-ci il 24 iyun tarixində reallaşdırılmış birgə səfərin ünvanı Zəngilan olub. 2025-ci il 6 mart tarixində isə 24 siyasi partiyanın nümayəndələri Əsgəran, Xocalı və Xankəndidə, aprelin 29-da isə Laçında olublar.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR