Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Mask yaxın beş il ərzində süni intellektin (Aİ) smartfonları indiki halında əvəz edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Mask məşhur amerikalı podkast aparıcısı Co Roqan ilə söhbətində bildirib.
Milyarder hesab edir ki, gələcəyin telefonu sadəcə süni intellekt üçün bir vasitə olacaq, əməliyyat sistemi və tətbiqlər isə olmayacaq.
“Əslində, cihazınızda olan süni intellekt serverdəki AI ilə qarşılıqlı əlaqədə olacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, KİV-in məlumatına görə, ChatGPT artıq belə bir cihazın yaradılması üzərində işləyir.
Mask daha əvvəl bildirib ki, gələcəkdə süni intellektli robotlar insanlardan bütün məcburi işləri öz üzərinə götürəcək.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ