Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Alyaska ştatının sahil sularında 7.2 bal gücündə güclü zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla gecə saatlarında qeydə alınıb və zəlzələnin episentri sahil zonasına yaxın ərazidə yerləşib.
Hadisədən dərhal sonra sahilyanı bölgələr üçün sunami xəbərdarlığı elan olunub. ABŞ-ın Fövqəladə Hallar Xidməti əhaliyə sahildən uzaq durmaq və ehtiyat tədbirləri görmək barədə çağırış edib.
Hazırda zəlzələnin yaratdığı dağıntılar və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir. Təhlükə ilə bağlı vəziyyət nəzarətdə saxlanılır.
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ