Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxsləri təltif edilib.
Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, adları aşağıda olan şəxslər təltif edilib.
"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni ilə
Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir
"İgidliyə görə" medalı ilə
Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant
Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor
Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan
Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ