Onlayn ictimai-siyasi qəzet
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 48 saatda 22 nəfər ölüb.
Musavat.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, atəşkəsin başladığı vaxtdan bəri 226 nəfər həyatını itirib. Atəşkəs dövründə 594 nəfər yaralanıb, dağıntılar altından isə 499 nəfərin cəsədi çıxarılıb.
İsrailin 8 oktyabr 2023-cü ildən bəri Qəzzaya hücumları nəticəsində 68 min 858 nəfərin həlak olduğu, yaralıların sayının isə 170 min 664-ə yüksəldiyi vurğulanıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.
Misirdə aparılan danışıqlar nəticəsində əldə olunan razılaşma İsrail hökumətinin təsdiqindən sonra - 10 oktyabr tarixində qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail ordusunun “sarı xətt” adlanan ərazidən geri çəkilməsinin ardınca Qəzzada atəşkəs həmin gün saat 12:00-dan etibarən qüvvəyə minib. Atəşkəsin elan olunmasına baxmayaraq, İsrail ordusu hücumları davam etdirir.
Musavat.com
02 Noyabr 2025
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ