Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtında keçirilən xüsusi əməliyyat nəticəsində qanunsuz miqrasiya fəaliyyətinə görə 4 nəfər Azərbaycan əsilli şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Musavat.com xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FTX) ilə Milli Qvardiyanın birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılan şəxslərin əcnəbilərə saxta sənədlərlə Rusiyada qalmaq üçün şərait yaratdığı iddia olunur.
İddialara əsasən, onlar saxta miqrasiya kartları və iş icazələri tərtib edərək, yüzlərlə əcnəbi vətəndaşa ölkədə qanunsuz şəkildə 90 günə qədər qalmağa şərait yaradıblar. Bildirilir ki, bu yolla əldə olunan gəlir 2 milyon rublu (təxminən 38 min manat) keçib və mindən artıq miqrant bu sxemdən yararlanıb.
Artıq məsələ məhkəmə müstəvisinə çıxarılıb. Rusiya məhkəməsi həmin şəxsləri əcnəbilərin qeyri-qanuni miqrasiyasını təşkil etməkdə təqsirli bilərək, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıb.
Musavat.com görüntüləri təqdim edir:
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ