Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.
Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Suriyanın rəsmi xəbər agentliyi "SANA" yayıb.
Bildirilir ki, səfər çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafı, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında danışıqlar aparacaq.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ