Onlayn ictimai-siyasi qəzet
Suriyanın cənubundakı Suveyda vilayətində təhlükəsizlik qüvvələri druz kəndlərinin ətrafında blokpostlar yerləşdirib.
Musavat.com xəbər verir ki, məqsəd bölgədə artan gərginlik fonunda qan tökülməsinin qarşısını almaqdır.
Lakin yerli mənbələrin məlumatına görə, bu zəif möhkəmləndirilmiş postlar böyük təhlükənin qarşısını almaqda acizdir. Belə ki, Suriya, İordaniya və İraqdan minlərlə bədəvi dəstələri Suveyda istiqamətində hərəkət edir. Onların bölgəyə toplanması vəziyyəti daha da gərginləşdirir.
Ekspertlər qeyd edirlər ki, druzlar və bədəvilər arasında uzun müddətdir davam edən ziddiyyətlər fonunda baş verən bu hərəkətlilik yeni silahlı qarşıdurmanın başlanğıcı ola bilər. Hazırda beynəlxalq təşkilatlar bölgədə humanitar böhran ehtimalından narahatdır.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ