Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs illərdir içində saxladığı inciklikləri gün üzünə çıxarıb.
Məşhur müğənni son açıqlamasında vəsiyyətini bölüşərək, iki nəfəri heç vaxt bağışlamayacağını bildirib.
"Bu iki insanı heç vaxt bağışlamayacağam. Onlar qəbrimə belə gəlməsinlər", - deyə Tatlısəs sərt ifadələrlə mövqeyini bildirib.
Sənətçi həmin şəxslərin kimliyini açıqlamasa da, biri qadın, digəri kişi olmaqla iki nəfərdən danışıb. Tatlısəs onların nə adını çəkməsini, nə də ölümündən sonra onun üçün göz yaşı tökməsini istədiyini söyləyib:
"Onlar mənim həyatımda yoxdur, olmayacaqlar da. Bir gün ölsələr və bağışlanma diləsələr belə, mənim üçün artıq gec olacaq".
İbrahim Tatlısəs həmin şəxslərlə eyni şəhərdə yaşamaq istəmədiyini vurğulayaraq, bu səbəblə İzmirə köçdüyünü açıqlayıb. Hətta lazım gələrsə, Bodrumu da tərk edəcəyini deyib:
"Nəfəs aldıqları yerdən uzaqlaşmaq üçün İzmirə köçdüm. Onların kölgəsi belə mənim üçün kifayətdir"./Milli.Az
31 May 2025
04:44 Türkiyə və Britaniyanın XİN rəhbərləri Ukraynada müharibənin dayandırılmasını müzakirə ediblər
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ