Onlayn ictimai-siyasi qəzet
Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Vaqif oğlu Kamilov işdən çıxarılıb.
Musavat.com Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Sevinc Məmmədova icra edəcək.
S.Məmmədova ötən ilin iyun ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim-direktor müavini təyin olunmuşdu.
Xatıradaq ki, tibb üzrə fəlsəfə doktoru olan Emil Kamilov 2023-cü ilin noyabr ayında Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi və ixtisasca cərrahdır.
ŞƏRHLƏRŞƏRH YAZ