Onlayn ictimai-siyasi qəzet
ABŞ İranın İsrailin öz ərazisinə endirdiyi zərbələrə cavab olaraq hücuma keçə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Yaxın Şərq regionuna əlavə hərbi qüvvələr göndərməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" (AP) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri “USS Thomas Hudner” esminesini Şərqi Aralıq dənizinə göndərib və Ağ Evin tələbi ilə başqa bir gəmiyə “hərəkətə başlamaq” və gözləmə rejimində olmağı əmr edib.
Mənbələr ABŞ prezidenti Donald Trampın ABŞ Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirdiyini də bildiriblər.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ