İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Suriya YENİDƏN QARIŞDI: Komendant saatı tətbiq edildi - VİDEO

Suriya daxilində təhlükəsizlik qüvvələrinin Əs-Suveyda mühafəzəsindəki komandanı, briqada generalı Əhməd əd-Dəlati bildirib ki, Dürzi icmasının yaşadığı Əs-Suveyda şəhərinin mərkəzi hissələrinə Daxili İşlər Nazirliyi və ordu bölmələrinin yeridilməsinə başlanılıb. Bu addım son günlərdə baş verən qanlı hadisələr fonunda mülki əhalini qorumaq və ictimai asayişi bərpa etmək məqsədilə atılır.

Musavat.com xəbər verir ki, bu barədə Suriya.tv məlumat yayıb.

Generalın sözlərinə görə, əhalinin təhlükəsizliyini təmin etmək üçün şəhərdə səhər saat 8-dən etibarən komendant saatı tətbiq edilir. Qadağa növbəti bildirişədək qüvvədə qalacaq.

Əd-Dəlati dini liderlərə və yerli silahlı qruplaşmaların komandirlərinə müraciət edərək, onları milli və humanitar məsuliyyətlərini dərk etməyə çağırıb. O, şəhərin mərkəzində və bütövlükdə mühafəzədə sabitliyin bərpası üçün dövlət strukturları ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Əs-Suveydada gərginlik son bir neçə gündə davam edir və ötən bazar günü pik həddə çatıb. Gərginliyin səbəbi bədəvi tayfaları ilə dürzilər arasında qarşılıqlı insan oğurluqları və silahlı toqquşmalar olub.

Toqquşmalar nəticəsində təxminən 30 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb. Yaralananlar arasında qadınlar və uşaqlar da var.

İyulun 14-ü səhər saatlarında Əs-Suveydanın kənarında Suriya ordusuna hücum edilib. Nəticədə 18 hərbçi həlak olub, bir neçə nəfər yaralanıb. Bəzi əsgərlər isə əsir götürülüb. Suriya Daxili İşlər Nazirliyi əyalətdə təhlükəsizliyi təmin etmək və toqquşmaların qarşısını almaq məqsədilə vilayətin nəzarətə götürülməsi barədə qərar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR