Onlayn ictimai-siyasi qəzet
İsrailə cavabın vaxtı və metodu İran hərbçiləri tərəfindən müəyyən olunacaq, ölkə hökuməti isə belə bir əməliyyatı dəstəkləyəcək.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmmədrza Aref açıqlama verib.
“Cəzanın verilmə forması və vaxtı ölkəmizin təhlükəsizlik və hərbi qurumları tərəfindən müəyyən olunur. Hökumət bu qisas əməlini dəstəkləyəcək”, – deyə o, hökumətin mətbuat xidməti tərəfindən yayımlanan müraciətində bildirib.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ