Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında İranın mərkəzindəki İsfahan şəhərinə yeni hücumlar həyata keçirib.
Musavat.com xəbər verir ki, məlumatı ərəb mediası yayıb.
“İranın hava hücumundan müdafiə sistemləri İsrailin İranın mərkəzindəki İsfahana endirdiyi aviazərbələrin qarşısını almağa çalışır”, - xəbərlərdə deyilir.
İsfahan İranın uranın zənginləşdirilməsi üzrə ən böyük obyektlərindən birinə ev sahibliyi edir.
Bir gün əvvəl İDF sözçüsü Efi Defrin bildirib ki, obyekt cümə günü gecə İsrail tərəfindən hücuma məruz qalıb.
Bundan əlavə, Tehran yaxınlığındakı hərbi aerodroma da zərbələr endirilib.
İran mənbələri həmçinin bu saatlarda Həmədan şəhərinə də zərbələr endirildiyinə dair məlumat yayıb.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ