İnsanlara hürriyət, millətlərə istiqlal!

Toni Bleyr Qəzzaya rəhbərlik etmək istəyir

Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Tony Bleyr İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağında beynəlxalq keçid orqanına rəhbərlik etməyə ümid edir.

Musavat.com xəbər verir ki, məlumatı “The Economist” yayıb.

Bildirilir ki, bu strukturun yaradılması ABŞ-ın yardımı ilə Tony Bleyr İnstitutunun (TBI) hazırladığı sülh planında nəzərdə tutulub. Bu idarəetmə orqanının “ali siyasi və qanuni hakimiyyət” kimi fəaliyyət göstərməsi üçün BMT-nin beş illik mandatının tələb olunacağı təklif edilir. Məqalədə deyilir ki, təsdiq olunarsa, Bleyer 25 nəfərlik komandaya,  Fələstin anklavının idarə olunmasına nəzarət edəcək yeddi nəfərlik şuraya rəhbərlik edəcək: "O, vaxtını buna sərf etməyə hazırdır. O, həqiqətən bu müharibəni bitirmək istəyir". Daily Telegraph öz mənbələrinə istinadən əlavə edir ki, 72 yaşlı Bleyerin namizədliyini ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşner və xüsusi elçi Stiven Vitkoff dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR