Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyasındakı yüksək vəzifəli rəsmilərdən biri Ukraynanın yaxın zamanda NATO müttəfiqlərindən yeni hərbi yardım alacağını təsdiqləyib.
Musavat.com xəbər verir ki, rəsmi bu barədə “Suspilne” nəşrinə anonim şərhində məlumat verib.
Onun sözlərinə görə, PURL (Prioritized Ukraine Requirements List) mexanizmi çərçivəsində müttəfiq ölkələr ABŞ istehsalı silahları alaraq Ukraynaya göndərə biləcəklər:
“Bu, ABŞ müdafiə sənayesinə milyardlarla dollar qazandıracaq və Avropanı öz müdafiəsinə daha çox məsuliyyətlə yanaşmağa təşviq edən Trampın gündəmini dəstəkləyəcək”, – deyə rəsmi bildirib.
Musavat.com
18 Sentyabr 2025
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ