İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Avropa İttifaqına 50 faizlik rüsum qərarını bu tarixə saxladı

Donald Tramp ABŞ-a idxal olunan Avropa mallarına 50 faizlik rüsumların tətbiqini iyulun 9-na qədər təxirə salıb.

Musavat.com xəbər verir ki, məlumatı Tramp Truth Social səhifəsində yazıb.

Tramp Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə telefon danışığından sonra deyib: “Bu gün mənə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen zəng edərək, Avropa İttifaqı ilə ticarətə 50 faiz tariflərin tətbiqi üçün 1 iyun tarixinin uzadılmasını xahiş etdi. Mən bu müddətin 9 iyul 2025-ci ilə qədər uzadılması ilə razılaşdım".
Amerika lideri əlavə edib ki, Avropa Komissiyasının rəhbəri onu Vaşinqtonla Brüssel arasında ticarət danışıqlarının tezliklə başlayacağına əmin edib.

Qeyd edək ki, iyulun 9-da Trampın daha əvvəl Avropa İttifaqından idxala tətbiq edəcəyi ilə hədələdiyi 20 faizlik tariflərin dayandırılması müddəti başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR