Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Konqresə 1 oktyabrda başlayacaq maliyyə ili üçün 1,01 trilyon dollar həcmində milli təhlükəsizlik büdcəsi təqdim etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, ayrılacaq vəsaitin aşağıdakı istiqamətlərə yönəldilməsi planlaşdırılır:
• “Qızıl Günbəz” (Golden Dome) adlı raketdən müdafiə sisteminin təminatı;
• Gəmiqayırmanın və nüvə energetikası infrastrukturunun modernləşdirilməsi;
• ABŞ ordusunda hərbi qulluqçuların maaşlarının 3,8% artırılması.
Aprelin 8-də Tramp açıqlamışdı ki, onun administrasiyası ümumi həcmi təxminən 1 trilyon dollar olan yeni müdafiə büdcəsi hazırlayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü il üçün ABŞ-ın müdafiə büdcəsi 841 milyard dollar təşkil etmişdi.
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ