Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilməsi gözlənilən üçtərəfli görüşlə bağlı hazırlıqlara başladığını bəyan edib.
“Mən prezident Putinə zəng vurdum və prezident Putinlə Zelenski arasında keçiriləcək görüş üçün hazırlıqlara başladım, yeri müəyyənləşdiriləcək.
Həmin görüş baş tutandan sonra üçtərəfli danışıqlarımız olacaq”, – Tramp bazar ertəsi Truth Social hesabında bildirib.
ABŞ lideri əlavə edib ki, Ukrayna üçün təhlükəsizlik təminatları ABŞ-la razılaşdırılacaq və Avropa ölkələri tərəfindən təmin olunacaq.
Axios Putin və Zelenski görüşünün avqustun sonunadək keçiriləcəyinə ümid edildiyini yazıb.
Qeyd edək ki, Trampın açıqlaması Alyaskada baş tutan ABŞ-Rusiya görüşündən və Zelenski ilə aparılan danışıqlardan sonra regional sülh gündəliyinin yeni mərhələyə keçdiyini göstərir.
Musavat.com
25 Avqust 2025
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ