Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp milyarder və kosmik turist Cared Ayzekmanı yenidən ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) rəhbəri vəzifəsinə namizəd irəli sürüb.
Musavat.com xəbər verir ki, Tramp qərarını "Truth Social" hesabında açıqlayıb:
"Bu axşam uğurlu iş adamı, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanı NASA administratoru vəzifəsinə namizəd göstərməkdən məmnunam. Caredin kosmosa olan ehtirası, astronavt kimi təcrübəsi və kəşfiyyat sərhədlərini genişləndirmək, kainatın sirlərini açmaq və yeni kosmik iqtisadiyyat inkişaf etdirmək istəyi onu NASA üçün yeni bir dövrün başlanğıcı üçün mükəmməl namizəd edir".
Amerika lideri qeyd edib ki, NASA-nın müvəqqəti administratoru vəzifəsini icra edən ABŞ Nəqliyyat naziri Şon Daffi "inanılmaz iş görüb".
Qeyd edək ki, Tramp milyarder İlon Maskın yaxın adamı olan Ayekmanı mart ayında NASA rəhbərliyinə namizəd göstərib. 30 apreldə Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsi onun namizədliyini təsdiq edib. İyunda unun təyinatı ilə bağlı Senatda yekun səsvermə gözlənilirdi. Lakin Maskla münasibətləri pozulan Tramm mayın 31-də Ayzekmanın namizədliyini geri götürdüyünü və bu vəzifəyə yeni bir namizəd irəli sürmək niyyətində olduğunu elan etdi.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ